
Bakı. Trend:
“AzInTelecom” MMC maliyyə rəhbərləri və sahibkarları bir araya
gətirən IV “Vergi və Mühasibatlıq Zirvəsi”ndə iştirak edib.
“Bahalı səhvlər” konsept mesajı ilə təşkil olunan Zirvədə
“AzInTelecom” rəqəmsallaşma üzrə sponsor qismində təmsil olunub.
Tədbirdə şirkət interaktiv stendlə çıxış edib, iştirakçılara
rəqəmsal xidmət və məhsullarla bağlı ətraflı məlumat verilib.
Tədbir çərçivəsində “AzInTelecom”un Marketinq şöbəsinin müdiri
Murad Əhmədov çıxış edərək bizneslərdə kiçik görünən yanlışların
yarada biləcəyi səhvlərdən danışıb. O vurğulayıb ki, ənənəvi
elektron imzanın başqasının əlinə keçməsi hallarında yaranacaq
risklər sadəcə bir kibertəhlükəsizlik problemi deyil, həm də şəxsi
məlumatların oğurlanması, maliyyə dələduzluğu və hüquqi iradənin
sui-istifadəsidir. “SİMA İmza” isə imza səlahiyyətinin ötürülməsi
məsələsini tam hüquqi və rəqəmsal formada həll etməklə sahibkarlara
və şirkət rəhərlərinə proseslərə məsafədən nəzarət etmək imkanı
verir.
Zirvə maliyyə qərarlarında risklərin idarə edilməsi, vergi
qanunvericiliyindəki aktual məsələlər və əmək münasibətləri
haqqında panellər şəklində davam edib.
Qeyd edək ki, artıq sahibkarlar və mühasiblər “SİMA İmza” ilə bütün
elektron vergi xidmətinə çıxış əldə edə bilirlər. “6AYPULSUZ”
promokodunu yazmaqla biznes tipli rəqəmsal imzadan ilk 6 ay
müddətində ödənişsiz yararlanmaq mümkündür.

