
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HƏMAS Siyasi Bürosunun nümayəndə heyətini qəbul edib.
“Report” xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi “X” sosial şəbəkəsində məlumat yayıb.
“Qəbulda Qəzzadakı son vəziyyət müzakirə edilib”, – məlumatda bildirilib.
Qeyd edək ki, martın 31-də Türkiyənin xarici işlər naziri Hakan Fidan HƏMAS-ın Siyasi Bürosunun üzvü Xəlil Əl Hayyanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. HƏMAS-ın Siyasi Bürosunun üzvü Xəlil Əl Hayyanın başçılıq etdiyi nümayəndə heyəti Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın ilə də müzakirələr aparıb. Görüşlərdə Qəzzada davam edən gərginlik, humanitar böhran, İordan çayının Qərb sahilində İsrailin atdığı addımlar və Qüdsdə Məscidül-Əqsaya tətbiq edilən məhdudiyyətlər gündəmə gətirilib.
Cumhurbaşkanımız Sayın Recep Tayyip Erdoğan, İstanbul’da Dolmabahçe Çalışma Ofisi’nde Hamas heyetini kabul etti.
Kabulde Gazze’deki son durum ele alındı.
— T.C. İletişim Başkanlığı (@iletisim) April 4, 2026
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin


