“Qarabağ”ın pley-off mərhələsindəki rəqibi “Tvente” olub – UEFA Konfrans Liqası

Baş səhifə

Bakı. Trend:

“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki
rəqibi bəlli olub.

Azərbaycan klubu növbəti mərhələdə Niderlandın “Tvente”
komandası ilə qarşılaşacaq.




Ensxede təmsilçisi III təsnifat mərhələsində Slovakiyanın “Dunayska Streda” kollektivini mübarizədən kənarlaşdırıb. Evdəki
ilk matçda rəqibini 6 cavabsız qolla üstələyən Niderland klubu
cavab görüşündə 2:3 hesabı ilə uduzsa da, mərhələni adlayıb.

Qeyd edək ki, pley-offun ilk oyunları avqustun 20-də, cavab
görüşləri isə 27-də təşkil olunacaq.