Almaniyada isti havadan ölənlərin sayı 12 500 nəfərə çatıb

Baş səhifə

Bakı.Trend:

Avqustun əvvəlinə olan göstəricilərə görə, Almaniyada anomal
isti hava şəraiti ilə əlaqəli ölüm hallarının sayı 12 500 nəfərə
çatıb.

Bu barədə “Tagesspiegel” qəzeti Robert Kox İnstitutunun
statistik məlumatlarına istinadən məlumat yayıb.




Bu məlumatlar RKI-nin aprelin 6-dan avqustun 2-dək olan dövrü
əhatə edən son ölüm halları hesabatına əsaslanır. İnstitut isti
hava ilə əlaqəli artıq ölüm hallarının model əsaslı
qiymətləndirilməsini aparıb.

Almaniyada bu il yüksək temperaturun səbəb olduğu ölüm
hallarının sayı artıq əvvəlki illərdə qeydə alınan göstəriciləri
ötüb. Müqayisə üçün, RKI-nin məlumatına görə, 2018-ci ildə isti
hava şəraiti təxminən 9,4 min nəfərin ölümünə səbəb olub, 2019-cu
ildə isə bu göstərici 7,7 min nəfər təşkil edib.