Azərbaycanda 9 milyon manatlıq internet provayderinin kapitalı azaldılır

Baş səhifə

Bakı. Trend:

“Aznet Technologies” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC)
nizamnamə kapitalı azaldılır.

Trend xəbər
verir ki, bu barədə MMC özü elan edib.

Bildirilib ki, “Aznet Technologies” Məhdud Məsuliyyətli
Cəmiyyətinin nizamnamə kapitalı 6 milyon 3,836 min manat həcmində
azaldılaraq 3 milyon 96,154 min manat manat müəyyən edilir. Buna
qədər isə şirkətin nizamnamə kapitalı 9 milyon 99,99 min manat
idi.




Qeyd edilib ki, kreditorlar tələblərini şirkətin hüquqi ünvanına
göndərə bilərlər.

Sözügedən internet provayder 2023-cü ildə Azərbaycanda dövlət
qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Heydərov Kamran
Avtandil oğludur.