
Bakı. Trend:
“Qarabağ” rəhbərliyi “Strasburq”dan gələn təklifi qəbul
edib.
Trend xəbər verir ki, söhbət
15 yaşlı Əli Bəşirova görə Fransa klubundan gələn dəvətdən
gedir.
Bildirilib ki, hücumameyilli yarımmüdafiəçi mayın əvvəlində
Fransaya yola salınacaq. Bununla bağlı qarşı tərəfə rəsmi cavab
verib.
O, yaşının az olmasına baxmayaraq, bu qış baş məşqçi Qurban
Qurbanov tərəfindən əsas komandanın Türkiyənin Antalya şəhərindəki
toplanışına cəlb olunub.
Ə.Bəşirov həm də U-18 millisinin üzvüdür və bu yaxınlarda
Belarusda keçirilən Beynəlxalq İnkişaf Turnirində iştirak edib,
gözəl qol vurması ilə fərqlənib. Liqa-1 təmsilçisi onu baxışa dəvət
edib.


