Bakı. Trend:
BMT-nin humanitar agentlikləri Livanda davam edən döyüşlər və
sıx məskunlaşmış ərazilərə hücumlar nəticəsində insanların kütləvi
şəkildə evlərini tərk etmələrinə səbəb olan məcburi köçkünlərin
sayında kəskin artım qeydə alır.
Trend xəbər verir ki, bu
barədə xrici KİV-lər məlumat yayıb.
Məlumata görə, 822 mindən çox livanlı rəsmi olaraq məcburi
köçkün kimi qeydiyyata alınıb. Təxminən 128 min insan 600 dövlət
mərkəzində sığınacaq tapıb. Sığınacaqların çoxu həddindən artıq
doludur.
Sığınacaqlarda həddindən artıq sıxlıq səbəbindən bir çox ailə
maşınlarda və ya açıq havada gecələyir. 300-dən çox dövlət məktəbi
məcburi köçkünlər üçün müvəqqəti yaşayış mərkəzlərinə çevrilib və
bu da 110 mindən çox şagirdin məktəbə getmək imkanından məhrum
olmasına səbəb olub.

