
Bakı. Trend:
2025-2026-cı tədris ilinə ümumi təhsil müəssisələri üçün 25 adda
dərslik hazırlanıb.
Trend-in
məlumatına görə, bu, Milli Məclisin plenar iclasında müzakirə
olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında
hesabatında öz əksini tapıb.
Hesabata görə, 24 adda dərsliyin isə hazırlıq işlər davam
etdirilir. Sınaq mərhələsi başa çatan 15 adda dərslik
təkmiləşdirilərək2025-2026-cı tədris ilinə kütləvi istifadə üçün
təqdim olunub.
Bununla yanaşı, ümumi təhsil müəssisələrinin dərslik
ehtiyaclarının təmin olunması üçün 302 adda 6863.6 min dərslik çap
olunub məktəblərə paylanıb.


