Fərid Sadıqlı Avropa çempionatının finalına vəsiqə qazanıb

Baş səhifə
Fərid Sadıqlı Avropa çempionatının finalına vəsiqə qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi Fərid Sadıqlı (55 kq) Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatının finalına vəsiqə qazanıb.

“Report”un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, o, yarımfinalda gürcüstanlı Koba Karumidzeni texniki qələbə ilə məğlub edib.

Qeyd edək ki, Avropa çempionatına martın 15-də yekun vurulacaq.