
Bu ilin fevral ayında istehlak qiymətləri ötən ilin eyni dövrünə nisbətən 5,7 % artıb.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,8 %, qeyri-qida məhsulları üzrə 3,7 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,7 % artıb.
Ötən ilin yanvar-fevral ayları ilə müqayisədə orta illik qiymət artımı 5,7 % , son bir ayda isə 0,6 % təşkil edib.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


