Azərbaycanda torpaqların birləşdirilərək məhsul istehsalına nail olmalıyıq – Nazir

Baş səhifə

Bakı. Trend:

Azərbaycan hansısa formada torpaqların birləşdirilərək məhsul
istehsalına nail olmağa çalışmalıyıq.

Trend xəbər
verir ki, bunu bu gün kənd təsərrüafatı naziri Məcnun Məmmədov
Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən “Kənd
təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və
perspektivlər” mövzusunda ictimai dinləmədə deyib.

Nazir bildirib ki, pay torpaqlarının sahəsi olduqca kiçikdir,
bu, bir reallıqdır.




“Biz buradan çıxış edərək işlərimizi qurmalıyıq. Azərbaycan
fermerlərinin birgə fəaliyyətinə, hansısa formada torpaqların
birləşdirilərək məhsul istehsalına nail olmağa çalışmalıyıq”.

Onun sözlərinə görə, Azərbaycan inkişaf etdikcə kənd
təsərrüfatında məşğul əhali sayı azalacaq.

“Azərbaycanda süni zəkanın məşğulluğa təsirindən daha çox
ortadakı boşluğu aradan götürülməsinə inanıram”, – deyə o qeyd
edib.