ABŞ ilə İsrail hərbi məqsədlərinə çatmağa yaxındır – KİV

Baş səhifə

Rejim devrilənə qədər mübarizə aparmağın maraqlarımıza uyğun olduğundan əmin deyiləm.

Modern.az xəbər verir ki, bu barədə adı açıqlanmayan İsrail rəsmisi “Washington Post” qəzetinə bildirib:

“Heç kim bunun əbədi davam etməsini istəmir. İran təslim olacaq, lakin ABŞ-ın şərtləri ilə atəşkəsi qəbul etməyə hazır olduğunu göstərə bilər”.

İsrailli rəsmi qeyd edib ki, İsrail-ABŞ bombardman kampaniyası İranın nüvə proqramının qalıqlarını, raket ehtiyatlarını, silah istehsalı müəssisələrini və hərbi-kəşfiyyat rəhbərliyinin böyük hissəsini məhv etmək kimi hərbi məqsədlərə çatmağa yaxındır.

Rəsmi şəxs əməliyyatın nə qədər davam edəcəyi ilə bağlı konkret müddət açıqlamayıb.