Bəhreyn Beynəlxalq Hava Limanına pilotsuz təyyarə hücumu edildi

Baş səhifə

Bakı. Trend:

Bəhreyn Krallığının Daxili İşlər Nazirliyi hava limanına
pilotsuz təyyarə hücumu edildiyini açıqlayıb.

Trend xəbər verir
ki, bu barədə krallığın Daxili İşlər Nazirliyi məlumat yayıb.




Nazirliyin X sosial şəbəkə səhifəsində yayılan məlumatda
deyilir: “Bəhreyn Beynəlxalq Hava Limanına pilotsuz təyyarə hücumu
edilib, nəticədə maddi ziyan dəyib, lakin insan tələfatı olmayıb.
Müvafiq orqanlar obyektin təhlükəsizliyini təmin etmək üçün
tədbirlər görür”.