İranın Fars əyalətinin Lamerd rayonunun icra başçısı Əli Əlizadə şəhərdə bir idman zalı və iki yaşayış evinə qarşı həyata keçirilən İsrail-ABŞ hücumu nəticəsində “ən azı 15 nəfərin həyatını itirdiyini” bildirib.
Modern.az xəbər verir ki, İran mediasının məlumatına görə, Əlizadə İsrail və ABŞ-ın Fars əyalətinə yönəlmiş hücumları barədə açıqlama verib.
O qeyd edib ki, hücumlar zamanı bir idman zalı və iki yaşayış evi hədəf alınıb. Əlizadə “ən azı 15 nəfərin həyatını itirdiyini” və ölənlərin sayının arta biləcəyindən narahat olduqlarını vurğulayıb.
Rəsmi şəxs hücum zamanı çox sayda İran vətəndaşının da yaralandığını bildirib.
Bundan əlavə, İran televiziyası Qum, Bəndər-Abbas, Əlborz və Urmiya şəhərlərindən də partlayış səslərinin eşidildiyini açıqlayıb. (TRT Haber)

