İranın bir sıra agentlikləri sıradan çıxıb

Baş səhifə

Bakı. Trend:

İranın dövlət informasiya agentliyi IRNA sıradan çıxıb.

Bu barədə Trend
İran KİV-ə istinadən məlumat verib.

Məlumata görə, hazırda da ölkənin dövlət informasiya agentliyinə
haker hücumu davam edir.




Eyni zamanda, Mehr və ISNA agentliklərinə də haker hücumu olunub
və fəaliyyətləri dayandırılıb.

Qeyd edək ki, ötən saatlarda paytaxt Tehranda çoxlu sayda
partlayışlar baş verib. İran mediası partlayışların raket hücumu
nəticəsində baş verdiyini bildirir.