Çilidə avtomagistralda partlayış – ölən və yaralananlar var

Baş səhifə

Bakı. Trend:

Çilinin paytaxtı Santiyaqo şəhərində ağır yol qəzası baş
verib.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, maye qaz daşiyan avtosisternin qəzaya
uğraması nəticəsində güclü partlayış və yanğın baş verib.




Məlumata görə, hadisə nəticəsində azı 3 nəfər həlak olub, daha
10 nəfər yaralanıb. Avtosisternin sürücüsü sükana nəzarəti itirərək
avtomobili bardyura çırpıb.

Qəza və ardınca baş verən partlayışdan 7 minik avtomobilinə
ziyan dəyib.