Milliön terminallarında şəxsi kabinetizlə daha sürətli ödəniş edin

Baş səhifə

Bakı. Trend:

Milliön ilk dəfə olaraq ödəniş terminallarında şəxsi kabinet
təqdim edir – daha sürətli, daha rahat və daha ağıllı ödəniş
təcrübəsi.

Bu yeni funksiya sayəsində gündəlik kommunal və digər
ödənişlərinizi vaxt itirmədən həyata keçirə bilərsiniz. Şəxsi
kabinetdə qeydiyyatdan keçdikdən sonra müştəri kodlarını və
nömrələri hər dəfə yenidən daxil etməyə ehtiyac qalmır. Məlumatlar
bir dəfə daxil edilir, şablon kimi yadda
saxlanılır
və növbəti ödənişlərdə avtomatik istifadə
olunur.

Şəxsi kabinet sizə nə qazandırır?

Sürətli ödənişlər — cəmi bir neçə
toxunuşla
Vaxta qənaət — təkrar axtarış və məlumat daxil
etməyə ehtiyac qalmır
Yadda saxlanılan şablonlar — tez-tez istifadə
olunan xidmətlər üçün
Rahat və sadə istifadə — hər dəfə eyni nömrələri
xatırlamağa ehtiyac yoxdur




Şəxsi kabinetdə necə qeydiyyatdan keçmək
olar?

Ekranın yuxarı sağ küncündə yerləşən Şəxsi
kabinet
ikonasında “Daxil olun” düyməsini
seçin Mobil nömrənizi daxil edin Telefonunuza
göndərilən birdəfəlik OTP kodu qeyd edin
Pin kod yaradın Daha sürətli ödənişlər üçün
şablonlar yaradın və “Yadda
saxla”
düyməsini basın — məlumatlar növbəti ödənişlər üçün
saxlanılacaq.

Milliön şəxsi kabineti detalları sizin yerinizə yadda
saxlayır.

Siz isə vaxt itirmədən, rahat şəkildə ödənişlərinizi həyata
keçirirsiniz.