
Bakı. Trend:
2025-ci ilin fevral ayında keçirilən federal seçkilərdən sonra
Bundestaq administrasiyası Almaniyada Alternativ (AfD) partiyası
ilə əlaqəli yeddi işçiyə icazə verməkdən imtina edib.
Trend xəbər verir
ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, bu işçilərdən ikisi parlament
fraksiyasında, qalan beşi isə parlamentin ayrı-ayrı üzvləri
tərəfindən işə götürülüb. Vəsiqələrin verilməməsi onların Bundestaq
binalarına girişini və maaşlarını almaq imkanını
məhdudlaşdırıb.
Almaniya parlamenti administrasiyasının nümayəndəsi bildirib ki,
bütün parlament fraksiyası işçiləri binaya daxil olmadan əvvəl
təhlükəsizlik və mühafizə tələblərinə cavab verib-vermədikləri
yoxlanılır. Qəzetin məlumatına görə, şəxsin müəyyən edilmiş
meyarlara uyğunluğu ilə bağlı narahatlıqlar olduqda, icazə rədd
edilə bilər.


