
Əbu-Dabi. Trend:
“Cənub Qaz Dəhlizi” QSC-də İqtisadiyyat Nazirliyinə məxsus
qeyri-nəzarət payının müəyyən hissəsinin Əbu-Dabi Milli Neft
Şirkətinin investisiya qolu olan XRG Şirkətinə satışı ilə bağlı
alqı-satqı müqaviləsinə dair sənəd imzalanıb.
Trend xəbər
verir ki, sənəd Azərbaycan Prezidenti İlham Əliyev və BƏƏ
Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın iştirakı ilə
imzalanıb.
Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan Respublikasının
Müdafiə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə
Nazirliyi arasında müdafiə əməkdaşlığı razılaşması barədə niyyət
məktubu da imzalanıb.

