Ucarda saxlanılan şəxsdən odlu silah və narkotik vasitə aşkarlandı

Baş səhifə

Bakı. Trend:

Ucarda polisin həyata keçirdiyi əməliyyat zamanı narkotiklərin
qanunsuz dövriyyəsini təşkil edən 46 yaşlı Rüfət İbrahimov
saxlanılıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən
məlumat verilib.

Bildirilib ki, həmin şəxsdən psixotrop maddə olan metamfetamin
və 1 ədəd “Kalaşnilov” avtomatı aşkarlanıb.




R.İbrahimov həmin silahı satmaq məqsədi ilə Ucar rayonuna
gətirdiyini bildirib.

Faktla bağlı Ucar Rayon Polis Şöbəsində cinayət işi başlanıb,
saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.