Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Abşeron rayonu, Xırdalan şəhəri, Abşeron Gənclər şəhərciyində
çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat
daxil olub.
Nazirlikdən Trend-ə bildirilib ki, məlumatla əlaqədar dərhal
əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə
xidmətlərinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onbirmərtəbəli
yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzildə baş vermiş
yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə yayılmasına
imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ikiotaqlı mənzilin bir otağının yanar
konstruksiyaları və ev əşyaları 18kv.m sahədə yanıb.
FHN qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində
bina sakinləri təxliyə olunub.
Xəsarət alan olmayıb.
Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə
olunub.

