Bolqarıstanda sərnişin qatarı torpaq sürüşməsi nəticəsində relsdən çıxıb

Baş səhifə

Bakı. Trend:

Bolqarıstanın Kyustendil şəhərindən Sofiyaya gedən sərnişin
qatarı torpaq sürüşməsi nəticəsində relslərə düşən qayalara
çırpılaraq relsdən çıxıb.

Trend-in məlumatına görə, bu barədə Bolqarıstan Milli
Televiziyası xəbər verib.




Məlumata əsasən, hadisə yerli vaxtla saat 17:00 radələrində
güclü yağış zamanı torpaq və qaya kütləsi dəmir yolunun üzərinə
düşərkən baş verib. Xəsarət alan olmayıb.

Ərazidə təcili yardım briqadaları işləyir. Xəttdə nəqliyyatın
hərəkəti müvəqqəti olaraq dayandırılıb.