
Ermənistanın Baş naziri Nikol Paşinyan yanvarın 30-da ölkə vətəndaşlarını rəqs gecəsinə dəvət edəcək.
Bu barədə “Report” Ermənistan KİV-inə istinadən xəbər verir.
“Sizi rəqs meydançasına dəvət edirəm. Biz ifa edirik, siz oynayırsınız. Görüş İrəvanda baş tutacaq. Dəqiq yer barədə sonra məlumat verəcəyik”, – o sosial şəbəkədə yazıb.
Qeyd edək ki, Paşinyan son vaxtlar zərb alətində ifa etməyə başlayıb. Siyasətçinin sosial şəbəkələrdə öz ifasını əks etdirən videolar paylaşması cəmiyyətdə birmənalı qarşılanmayıb.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


