İsveç Qrenlandiyaya zabitlər göndərib

Baş səhifə

Bakı. Trend:

İsveç Danimarkanın xahişi ilə birgə təlimlərdə iştirak etmək
üçün Qrenlandiyaya zabitlər göndərib.

Trend xəbər verir
ki, bu barədə Baş naziri Ulf Kristersson sosial şəbəkədə paylaşım
edib.




Baş nazir qeyd edib: “Onlar bir neçə müttəfiq ölkənin qrupunun
bir hissəsidir. Birlikdə Danimarka ‘Arktika Dözümlülüyü Əməliyyatı’
təliminin gələcək mərhələlərinə hazırlaşacaqlar”.

Kristersson İsveç kontingentinin ölçüsünü və ya təlimdə iştirak
edən digər ölkələrin siyahısını açıqlamayıb.