Paytaxtda svetoforlara 115 ədəd velosiped bölməsi quraşdırılıb

Baş səhifə

Bakı.Trend:

Bakıda velosiped və kiçik elektrik nəqliyyat vasitələrini idarə
edənlərin təhlükəsizliyini artırmaq məqsədilə 47 yolayrıcında
mövcud olan svetoforlara 115 ədəd velosiped bölməsi quraşdırılaraq
istifadəyə verilib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual
İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi
tərəfindən görülən işlər çərçivəsində svetoforlara velosiped
bölmələrinin quraşdırıldığı yeni kəsişmələr bunlardır:




1. Yasamal rayonu, Hüseyn Cavid prospekti ilə Əbdürrəhim bəy
Haqverdiyev küçəsinin kəsişməsi;
2. Səbail rayonu, Neftçilər prospekti ilə Bülbül prospektinin
kəsişməsi;
3. Səbail rayonu, Xaqani küçəsi ilə Azadlıq prospektinin
kəsişməsi;
4. Xətai rayonu, İzzət Orucov küçəsi ilə Sabit Orucov küçəsinin
kəsişməsi.

Yeni nəsil LED işıqlandırma ilə təchiz olunan velosiped
bölmələrinin quraşdırılması mikromobilliyin inkişafı məqsədilə
həyata keçirilir.