Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VIII turun iki oyunu keçirilib.
“Report”un məlumatına görə, günün ilk matçında “Neftçi” “Gənclər” kollektivini 3:0 (25:10, 25:10, 25:23) hesabı ilə məğlub edib.
Növbəti qarşılaşmada isə “Ordu” “Murov Az Terminal” kollektivini üstələyib – 3:2.
Hər iki oyun Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutub.
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin

