
Bakı. Trend:
Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən
sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqının
tutulma qaydası dəyişdirilib.
Trend-in
məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi
“Sosial sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə
Qanunda öz əksini tapıb.
Qanuna əsasən, Vəkillər Kollegiyasının üzvləri və sərbəst
mediatorlar gəlirlərinin (xərclər çıxılmaqla) 10 faiz
artırılmaqla 15 faizi miqdarında məcburi dövlət sosial
sığorta haqqı ödəyəcəklər.
Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvar
tarixindən qüvvəyə minib.


