Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu deyilə təyyarə ilə əlaqə kəsilib

Baş səhifə
Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu deyilə təyyarə ilə əlaqə kəsilib

Türkiyədə Ankara Esenboğa hava limanından Liviyanın Tripoli şəhərinə doğru uçan “Falcon 50” özəl təyyarəsi ilə əlaqə kəsilib.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Liviya Baş Qərargah rəisi general Məhəmməd Əli Əl-Həddadın təyyarədə olduğu bildirilib.

Qeyd edib ki, Həddad bu gün Türkiyənin Baş Qərargah rəisi general Səlcuq Bayraktaroğlunun qonağı olaraq Ankaraya gəlib və milli müdafiə naziri Yaşar Gülerlə də görüşüb.

Ankara hava məkanı hava hərəkətinə bağlanıb.