Bakı. Trend:
Asiya Futbol Konfederasiyası (AFC) Millətlər Liqası turnirinin
yaradılması barədə rəsmi elan yayıb.
Trend-in
məlumatına görə, bu barədə təşkilatın Mətbuat Xidməti məlumat
verib.
Bildirilib ki, yeni turnirin əsas məqsədi milli komandalar
arasında rəqabət səviyyəsini artırmaq, eyni zamanda kommersiya
imkanlarını genişləndirməkdir. Layihənin icrasına yaxın vaxtlarda
başlanacağı qeyd olunsa da, dəqiq tarixlər açıqlanmayıb. Turnirin
FIFA-nın mövcud beynəlxalq oyun pəncərələri çərçivəsində
keçiriləcəyi vurğulanıb.
Hazırda AFC dörd ildən bir təşkil olunan Asiya Kubokuna ev
sahibliyi edir. Növbəti Asiya Kuboku 2027-ci ildə Səudiyyə
Ərəbistanında 24 milli komandanın iştirakı ilə keçiriləcək.
Qeyd edək ki, indiyədək UEFA və CONCACAF da öz Millətlər Liqası
turnirlərini təşkil ediblər.

