
Bakı. Trend:
“TikTok” sosial şəbəkə platforması ABŞ-dakı əməliyyatlarını bir
qrup amerikalı investora satmağa razılaşıb.
Trend xəbər verir
ki, bu barədə Axios portalı şirkətin daxili sənədinə istinadən
məlumat yayıb.
Sövdələşmənin gələn il yanvarın 22-də bağlanması gözlənilir.
Şərtlərə əsasən, Oracle, Silver Lake və Əbu-Dabidə yerləşən MGX “TikTok”un ABŞ-dəki törəmə şirkətində birgə 45% paya sahib olacaq.
Daha 20% pay onun ana şirkəti ByteDance-ə məxsus olacaq, qalan
hissə isə ByteDance ilə əlaqəli investorlara gedəcək.
Qeyd olunur ki, sentyabrın 5-də ABŞ Prezidenti Donald Tramp
Çinin sosial şəbəkə platforması “TikTok”un ölkədəki nəzarətini
Amerika biznesinə ötürəcək müqaviləni təsdiqləyən sərəncam
imzalayıb. Yeni strukturda ABŞ vətəndaşları ən böyük paya və
nəzarətə sahib olacaqlar, ByteDance isə 20%-dən az paya sahib
olacaq.


