
Bakı. Trend:
PSV-nin yarımmüdafiəçisi Coy Veerman karyerasını Türkiyə Super
Liqasında davam etdirə bilər.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, “Fənərbaxça” niderlandlı futbolçunu
transfer etmək istəyir.
İstanbul nəhəngi Veermanı yanvar ayında heyətinə qatmağı
planlaşdırır. Keçidin gerçəkləşmə ehtinalı yüksək
qiymətləndirilir.
Qeyd edək ki, PSV Coy Veermanı 2022-ci ilin yanvar ayında “Herenven”dən transfer edib. Niderland millisinin üzvü bu mövsüm
Eyndhoven təmsilçisinin heyətində meydana çıxdığı 22 rəsmi matçda 8
qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.


