“Şəfəq” Günəş Elektrik Stansiyası panellərinin 20%-i Azərbaycana gətirilib

Baş səhifə

Bakı. Trend:

“Şəfəq” Günəş Elektrik Stansiyasının (GES) tikintisi üzrə işlər
uğurla davam etdirilir.

Trend xəbər
verir ki, bunu bp-nin Xəzər regionunda kommunikasiya və xarici
əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Bakıda keçirilən “Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad” adlı tədbirdə deyib.




“bp artıq Azərbaycanda müvafiq neft-qaz sahəsində
operatorluğunun 30-cu ilindədir. Bu dövr ərzində əməliyyatlarımız
kifayət qədər aktiv şəkildə həyata keçirilir. Bu ilin 9 ayı üzrə
nəticələr ondan ibarətdir ki, biz 6 250 idxal əməliyyatı həyata
keçirmişik və bu əməliyyatların ümumi dəyəri 170 milyon ABŞ dolları
civarında olub. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici
dəyər ifadəsində 40 milyon dollar artım qeydə alınıb”, – o
bildirib.

“Yeni layihələrimizdən olan “Şəfəq” üzrə də idxal-ixrac
əməliyyatlarının həyata keçirilməsində gömrük orqanları ilə
yaxından fəaliyyətimiz mövcuddur. Məhz gömrük orqanlarının yaxından
dəstəyi ilə bu layihə üzrə panellərin təxminən 20%-i artıq Cəbrayıl
rayonu ərazisindədir. Artıq qısa müddət ərzində Cəbrayıl rayonu
ərazisində olan “Şəfəq” Günəş Elektrik Stansiyasının tikintisinə
başlanılacaq”, – B. Aslanbəyli vurğulayıb.