Özəl sektorda gəlir vergisi üzrə yeni güzəşt mexanizmi tətbiq olunacaq

Baş səhifə

Bakı. Trend:

Ölkəmizdə sosial rifahın yüksəldilməsi, biznes mühitinin
əlverişliliyinin artırılması və qeyri-neft sektorunda rəsmi
məşğulluğun təşviqi istiqamətində ardıcıl tədbirlər həyata
keçirilir.

Bu barədə Trend-ə Dövlət Vergi Xidmətindən məlumat verilib.

2019-cu ildən özəl sektorda iş yerlərinin rəsmiləşdirilməsinə
dəstək vermək üçün işçilərin gəlir vergisinə tətbiq edilən 7 illik
güzəştlər cari ilin sonunda başa çatacağından 2026-cı ildən
etibarən qeyri-neft-qaz sektorunun özəl bölməsində fiziki şəxslərin
gəlir vergisinə dair yeni, mərhələli güzəştlərin tətbiqinə
başlanılacaq. Məqsəd iqtisadi fəallığı dəstəkləmək, sahibkarların
vergi yükünü azaldaraq yeni iş yerlərinin yaradılmasına təkan
vermək və əmək bazarında rəqabətqabiliyyətliliyi artırmaqdır.

İslahatların nəticələrinin qorunub saxlanılması, müvafiq sahədə
stabilliyin təmin edilməsi, həmçinin leqallaşma prosesinin davam
etdirilməsi üçün, daha az gəlirlərə aşağı vergi yükünü müəyyən
etməklə qeyri-neft-qaz sektorunun özəl bölməsində əmək haqlarının
tədricən, mərhələli şəkildə vergiyə cəlb edilməsi təklif olunur.
Aylıq məbləğindən asılı olaraq 2500 manatadək gəlirlər 2026-cı
ildən 3, 2027-ci ildən 5, sonrakı illərdən isə 7 faiz, 2500-8000
manat aralığında gəlirlər 10 faiz və 8000 manatdan yuxarı gəlirlər
isə 14 faiz dərəcə ilə vergiyə cəlb olunacaq. Bu zaman işçinin
aylıq gəliri 2500 manatadək olduqda həmin məbləğin 200 manat olan
hissəsindən gəlir vergisinin tutulmaması ilə bağlı güzəşt qüvvədə
qalacaq.

Eyni zamanda 2026-cı ilin 1 yanvar tarixindən qeyd edilən
sektorda muzdlu iş üzrə işçinin aylıq gəliri 8000 manatadək
olduqda, işçidən tutulan və işəgötürənin hesabına ödənilən sosial
sığorta haqlarının dərəcəsi hazırda qüvvədə olan dərəcələrlə davam
etdirilir. İşçinin əmək haqqının 8000 manatdan yuxarı hissəsinə
görə isə dərəcənin 4 faiz azaldılaraq 25 faizdən 21 faizə
endirilməsi, işçi üzrə 10 faiz, işəgötürən üzrə 11 faiz nəzərdə
tutulur.

Özəl sektora münasibətdə tibbi sığorta haqqı dərəcələrində də
dəyişiklik edilir. Belə ki, dəyişikliyə qədər işçinin
əməkhaqqısının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000
manatdan yuxarı olan hissəsindən 0,5 faiz, işəgötürən tərəfindən
əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan
yuxarı olan hissəsindən 0,5 faiz tutulurdu.

1 yanvar 2026-cı il tarixdən etibarən isə işçi və işəgötürəndən
əməkhaqqının 2500 manatadək olan hissəsindən 2 faiz, 2500 manatdan
yuxarı olan hissəsinə görə isə, işçi və işəgötürən üzrə 0,5 faiz
hesablanacaq. Bununla da, əməkhaqqının 2500-8000 manat intervalında
icbari tibbi sığorta haqqının cəmi dərəcəsi 4 faizdən 1 faizə
endirilir.

İşsizlikdən sığorta haqqının hesablanması isə hazırda qüvvədə
olan qaydada davam etdirilir.

Yeni mexanizmlər sosial müdafiə sisteminin maliyyə dayanıqlığını
gücləndirməyə, əmək bazarında yüklərin balanslaşdırılmasına və
vətəndaşların rifah səviyyəsinin qorunmasına xidmət edəcək,
həmçinin rəsmi məşğulluğun qorunması və əmək münasibətlərinin
rəsmiləşdirilməsinin təşviqinə şərait yaradacaq.

Dəyişikliklər bütövlükdə sahibkarlara və işçilərə yeni vergi
dərəcələrinə rahat uyğunlaşmağa kömək edəcək. Yəni həm biznes
subyektləri üçün, həm də işçilər üçün yük minimum olacaq. Həmçinin
verginin mərhələli tətbiqi iqtisadiyyatda qiymətlərin və əmək
haqlarının sabit qalmasına da dəstək verəcək. Nəticədə, həm
işçilər, həm də sahibkarlar üçün daha yumşaq keçid təmin
ediləcək.

Gəlir vergisi üzrə

2026-cı il yanvarın 1-dən 2027-ci il yanvarın
1-dək:

Vergi tutulan aylıq gəlirin məbləği

Gəlir vergisinin dərəcəsi

2500 manatadək

3 faiz

2500 manatdan 8000 manatadək

75 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10
faizi

8000 manatdan çox olduqda

625 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi

2027-ci il yanvarın 1-dən 2028-ci il yanvarın
1-dək:

Vergi tutulan aylıq gəlirin məbləği

Gəlir vergisinin dərəcəsi

2500 manatadək

5 faiz

2500 manatdan 8000 manatadək

125 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10
faizi

8000 manatdan çox olduqda

675 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi

2028-ci il yanvarın 1-dən:

Vergi tutulan aylıq gəlirin məbləği

Gəlir vergisinin dərəcəsi

2500 manatadək

7 faiz

2500 manatdan 8000 manatadək

175 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10
faizi

8000 manatdan çox olduqda

725 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi

Qeyd: İşçinin aylıq gəliri 2500 manatadək olduqda həmin məbləğin
200 manat olan hissəsindən gəlir vergisinin tutulmaması ilə bağlı
güzəşt qüvvədə qalır.

Sosial sığorta haqları üzrə

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna
aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən
aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı
(01.01.2026-cı ildən):

Sığorta haqqına cəlb edilən aylıq gəlir

Sosial sığorta haqqı

cəmi

sığortaolunanın gəlirlərindən tutulan

sığortaedənin vəsaiti hesabına ödənilən

200 manatadək

25 faiz

3 faiz

22 faiz




200 manatdan 8000 manatadək

25 faiz

6 manat + 200 manatdan 8000 manatadək olan hissənin 10 faizi

44 manat + 200 manatdan 8000 manatadək olan hissənin 15
faizi

8000 manatdan çox olduqda

21 faiz

786 manat + 8000 manatdan çox olan hissənin 10 faizi

1214 manat + 8000 manatdan çox olan hissənin 11 faizi

İcbari sığorta haqları üzrə

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna
aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu
işdən aylıq gəlirlərindən icbari tibbi sığorta haqqı (01.01.2026-cı
ildən)

Sığorta haqqına cəlb edilən aylıq gəlir

Cəmi

İcbari tibbi sığorta haqqı

Sığortalının hesabına

Sığortaolunanın hesabına

2500 manatadək

4 faiz

2 faiz

2 faiz

2500 manatdan yuxarı

1 faiz

0,5 faiz

0,5 faiz

Qeyd: Bununla da, əməkhaqqının 2500-8000 manat intervalında
icbari tibbi sığorta haqqının cəmi dərəcəsi 4%-dən 1%-ə
endirilir.

İşsizlikdən sığorta haqları üzrə

İşsizlikdən sığorta haqqının hesablanması hazırda qüvvədə olan
qaydada davam etdiriləcək.