Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq – XƏBƏRDARLIQ

Baş səhifə

Bakı. Trend:

Sabah avtomobil magistral yollarında görünüş məsafəsi
məhdudlaşacaq.

Trend xəbər verir ki, bu barədə Milli
Hidrometeorologiya Xidməti məlumat yayıb.




Bildirilib ki, noyabrın 14-də ölkə ərazisinin bəzi yerlərində
dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral
yollarında görünüş məsafəsinin 200-700 metrədək məhdudlaşacağı
gözlənilir.