
Bakı. Trend:
Futbol üzrə Misli Premyer Liqasında “Zəfər tur”una yekun
vurulub.
Trend-in
məlumatına görə, günün mərkəzi matçında “Qarabağ” və “Neftçi”
kollektivləri arasında Azərbaycan derbisi baş tutub. “Azərsun
Arena”da təşkil olunan qarşılaşma meydan sahiblərinin 2:0 hesablı
qələbəsi ilə bitib.
Ağdam təmsilçisinin heyətində 50-ci dəqiqədə Toral Bayramov
penalti zərbəsini dəqiq yerinə yetirib. 84-cü dəqiqədə isə Kamilo
Duran fərqlənib.
Bu nəticədən sonra Qurban Qurbanovun komandası 23 xalla
liderliyə yüksəlib, “ağ-qaralar” isə 15 xalla 7-ci sırada
qalıb.
Qeyd edək ki, daha əvvəl “Şamaxı” “İmişli”yə 1:0, “Sumqayıt” “Qəbələ”yə 2:0, “Araz-Naxçıvan” “Karvan-Yevlax”a 2:1, “Sabah”
“Kəpəz”ə 3:1 hesabı ilə qalib gəlib. “Zirə” – “Turan Tovuz”
görüşündə isə qolsuz heç-heçə qeydə alınıb.


