Azərbaycanlı hakim-inspektor DÇ-2026-nın oyununa təyinat alıb

Baş səhifə
Azərbaycanlı hakim-inspektor DÇ-2026-nın oyununa təyinat alıb

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

“Report” xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 13-də keçiriləcək Norveç-Estoniya görüşünün hakim-inspektoru olacaq.

Qarşılaşma Oslo şəhərində yerləşən “Ullevaal” stadionunda baş tutacaq.