
Bakı. Trend:
Azərbaycan ordusu NATO standartlarına uyğunlaşdırılır.
Trend xəbər verir
ki, bunu Prezident İlham Əliyev bu gün NATO nümayəndə heyətini
qəbul edərkən bildirib.
Prezident İlham Əliyev də öz növbəsində NATO mənzil-qərargahına
səfərlərini xatırladaraq qeyd etdi ki, Əfqanıstandakı əməliyyatlara
dəstək Azərbaycan-NATO əməkdaşlığının vacib hissəsi olsa da,
ölkəmizlə alyans arasında regional inkişaf, enerji təhlükəsizliyi
və digər istiqamətlər üzrə əməkdaşlıq da gündəmdədir.
Dövlətimizin başçısı Azərbaycan Ordusunun NATO standartlarına
uyğunlaşdırıldığını və bu çərçivədə Türkiyə ordusu ilə sıx
əməkdaşlığı vurğuladı. Bu xüsusda ölkəmizlə alyans arasında
əlaqələrin genişləndirilməsinin roluna toxundu.
Prezident İlham Əliyev Azərbaycanın ötən əsrin əvvəllərində
müstəqilliyini qazandıqdan bəri əsas məqsədimizə çatdığımızı –
torpaqlarımızın işğaldan azad olunduğunu vurğulayaraq qeyd etdi ki,
ordumuzun müasiriləşdirilməsi prosesi bundan sonra da davam
edəcək.


