Avropa İttifaqı hərbi mobillik layihələrinə 17 milyard avro ayıracaq

Baş səhifə

Bakı. Trend:

2028-2034 büdcə planına əsasən, Avropa İttifaqının hərbi
mobillik sahəsindəki layihələrə çəkiləcək büdcə xərcləri 10 dəfə
artaraq 17 milyard avroya çatacaq.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifinqdə
Dayanıqlı nəqliyyat və turizm üzrə Avropa komissarı Apostolos
Tsitsikostas bildirib.




“Avropa İttifaqının yeni yeddiillik büdcə çərçivə planında hərbi
mobillik və infrastruktur layihələri üçün nəzərdə tutulan büdcə 10
dəfə artırılacaq, bu məqsədlə 17 milyard avro ayrılacaq”,- deyə o
bildirib.

Aİ-də “hərbi mobillik” termini, mümkün münaqişə halında bütün
nəqliyyat infrastrukturunun, limanların, hava limanlarının, dəmir
və avtomobil yollarının, xüsusilə də körpü və tunellərin, böyük
sayda qoşun, hərbi texnika və sursatın sürətli daşınması üçün
yenidən qurulmasını nəzərdə tutur.