Rumıniya Hollandiyadan 18 ədəd F-16 qırıcısı alacaq

Baş səhifə

Bakı. Trend:

Rumıniyanın Hollandiyadan 18 ədəd F-16 təyyarəsinin alınması ilə
bağlı hökumətlərarası müqavilə Buxarestdə imzalanıb.

Trend xəbər verir
ki, bu barədə Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Feteştidəki F-16 qırıcı pilotlarının təlim
mərkəzində yerləşən təyyarələrdən biri simvolik olaraq 1 avro
qiymətinə Rumıniya dövlətinə təhvil veriləcək. Lakin bu, təyyarənin
göstərilən dəyəri və 100 milyon avroluq logistika dəstəyi paketi
əsasında hesablanan 21 milyon avro dəyərində ƏDV ödənişinə tabe
olacaq.




Təyyarələr yalnız təlim məqsədilə istifadə ediləcək və Rumıniya
NATO və tərəfdaş ölkələrdən olan pilotlar üçün müəyyən sayda təlim
yeri təmin etməlidir.

Nazirliyin məlumatında bildirilib ki, bu müqavilənin imzalanması
Müdafiə Nazirliyinin mərkəzi uzunmüddətli perspektivdə saxlamaq
niyyətini əks etdirir. Bu addım həm Rumıniyada, həm də müttəfiq və
tərəfdaş ölkələrdə pilotlara artan tələbatı və beynəlxalq səviyyədə
məhdud təlim imkanlarını nəzərə alaraq atılıb.