Ermənistan Rusiya ilə “Tramp Marşrutu” layihəsi çərçivəsində əməkdaşlığı müzakirə etməyi planlaşdırır

Baş səhifə
Ermənistan Rusiya ilə Tramp Marşrutu layihəsi çərçivəsində əməkdaşlığı müzakirə etməyi planlaşdırır

Ermənistan Rusiya ilə “Tramp Marşrutu” layihəsi (TRIPP, Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçəcək 42 kilometrlik hissəsi – red.) çərçivəsində mümkün əməkdaşlıq sahələrini müzakirə etməyi planlaşdırır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkə parlamentində büdcə müzakirələri zamanı bildirib.

“Tramp Marşrutu” çərçivəsində Rusiya tərəfi ilə əməkdaşlığın müzakirə edilib-edilmədiyi barədə suala Mirzoyan cavab verib ki, rusiyalı tərəfdaşlarla mövcud və potensial qarşılıqlı təsir mexanizmləri, eləcə də yeni maraqlı əməkdaşlıq sahələri müzakirə edilib.

O qeyd edib ki, Ermənistanın mövcud dəmir yolu infrastrukturu Cənubi Qafqaz Dəmir Yollarının (Rusiya Dəmir Yollarının törəmə şirkətinə – red.) konsessiya idarəçiliyinə verilib, lakin müzakirə olunan TRIPP hissəsi (Türkiyə və Azərbaycanla dəmir yolu əlaqələri – red.) hələ tikilməyib, ona görə də onun da idarəçiliyə verilməsi barədə danışmaq hələ tezdir.

Gümrü-Qars marşrutu üzrə Türkiyə ilə əməkdaşlıq barədə soruşulduqda Mirzoyan cavab verib ki, bu məsələ də gündəmdədir.