Premyer Liqa: “Neftçi” qələbə qazanıb, Vensan Abubakar qol müəllifi olub

Baş səhifə
Premyer Liqa: Neftçi qələbə qazanıb, Vensan Abubakar qol müəllifi olub

Misli Premyer Liqasının IX turunda “Neftçi” “Qəbələ” üzərində qələbə qazanıb.

“Report” xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan görüş paytaxt təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

“Neftçi”nin heyətində İfeanyi Metyu (71-ci dəqiqə) və yeni transfer, dünyaca məşhur kamerunlu hücumçu Vensan Abubakar (81-ci dəqiqə) fərqləniblər.

Qeyd edək ki, daha əvvəl “Turan Tovuz” “Karvan-Yevlax”ı (2:1), “İmişli” “Kəpəz”i (3:0), “Zirə” isə “Sumqayıt”ı (1:0) məğlub edib. “Araz-Naxçıvan” – “Sabah” matçı heç-heçə bitib – 2:2.