Zərdabda ağır yol qəzası baş verib, ölən var

Baş səhifə
Zərdabda ağır yol qəzası baş verib, ölən var

Zərdabda ağır yol qəzası olub.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ağcabədi- Zərdab avtomobil yolunun Zərdab rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ -21099” və “Land Rover” markalı minik avtomobilləri toqquşub.

Qəza zamanı “VAZ -21099″un sürücüsü Abdullayev Azər Cəlal oğlu ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qəzanın başvermə səbəbi araşdırılır.