Ağdamda yük maşını yol kənarındakı restorana aşıb

Baş səhifə

Bakı. Trend:

Ağdamda yük maşını idarəetmədən çıxaraq yol kənarındakı
restoranın içərisinə aşıb.

Trend-in yerli
müxbiri xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində baş
verib.




Hadisə “BMW” markalı minik maşını ilə “Kamaz” markalı yük
maşınının toqquşması nəticəsində baş verib. Toqquşmadan sonra yük
maşını idarəetməni itirərək restoran ərazisinə daxil olub və
aşıb.

Faktla bağlı araşdırma aparılır.