
Bakı. Trend:
Eyni nəticə göstərən direktor namizədlər arasında seçimin necə
aparılması məsələsinə aydınlıq gətirilib.
Trend xəbər
verir ki, bu barədə MÜTDA-nın direktorların işə qəbulu ilə bağlı
yaydığı sual-cavab faylında məlumat verilib.
Qeyd edilib ki, aşağıdakı ardıcıllıqla üstünlük verilir:
“Daha yüksək test nəticəsi olan, magistr dərəcəsinə malik olan,
pedaqoji stajı çox olan, rəhbər vəzifə təcrübəsi olan”.
Xatırladaq ki, müsabiqədə iştirak etmək istəyən namizədlər 30
oktyabr saat 11:00-dan 11 noyabr saat 17:00-dək https://miq.edu.az/direktor linkinə daxil olaraq
elektron ərizələrinə müvafiq məlumatları daxil etdikdən, tələb
olunan sənədləri yüklədikdən və vakant yerləri seçdikdən sonra
ərizələrini təsdiq etməlidirlər.

