Dövlət qeydiyyatına hansı dərmanlar alınır?

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda patentləşdirilmiş özünəməxsus adı ilə dövriyyəyə
daxil edilmiş dərman vasitələri, yəni orijinal dərman vasitələri
qeydiyyata alınır.

Trend
xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin Analitik
Ekspertiza Mərkəzinin Dərman vasitələrinin qeydiyyatı-ekspertiza
şöbəsinin müdir müavini Azər Həsənov Sağlam radio”nun (93 FM)
“Sağlam səhər” verilişində səsləndirib.




Onun sözlərinə görə, generiklər – orijinal dərman vasitələrinə
müstəsna patent hüquqlarının müddəti bitdikdən sonra digər
istehsalçılar tərəfindən həmin tərkibdə, dozada və formada istehsal
edilmiş dərman vasitələrinin analoqları da dövlət qeydiyyatına
alınır:

“Həmçinin, bu siyahıya dövlət qeydiyyatına alınmış dərman
vasitələrinin yeni kombinasiyalarının, dövlət qeydiyyatı müddəti
bitmiş dərman vasitələrinin, eləcə də dərman maddələri daxildir.
Bütün bu sadalananlar “Dərman vasitələri haqqında” Azərbaycan
Respublikasının Qanununun 6.3.-cü maddəsi ilə tənzimlənir”.