Günəşdə iki partlayış oldu

Baş səhifə

Oktyabrın 18-nə keçən gecə Günəşdə M güc sinfinə aid iki partlayış baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

Bildirilir ki, M1.0 gücündəki partlayışlardan biri 26, digəri isə 21 dəqiqə davam edib. Hadisələr müvafiq olaraq Bakı vaxtı ilə saat 04:40 və 06:39-da baş verib.

Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.