Tramp Macarıstan parlament seçkilərində Orbanın qalib gələcəyini proqnozlaşdırıb

Baş səhifə
Tramp Macarıstanda parlament seçkilərində Orbanın qalib gələcəyini proqnozlaşdırıb

Misirdə keçirilən sammit zamanı ABŞ prezidenti Donald Tramp Macarıstanın Baş naziri Viktor Orbanı tərifləyib.

“Report” xəbər verir ki, Tramp Orbanın 2026-cı il parlament seçkilərində qalib gələcəyini proqnozlaşdırıb.

“Sən fantastiksən. Mən onu son seçkidə dəstəklədim və o, 28 punktla qalib gəlib. Əgər yeni seçkilər olsa, bu dəfə daha da yaxşı işlər görəcəksən”, – Amerika lideri Orbana müraciət edərək deyib.