Milli Məclisin deputatları Türkiyədə “Sıfır Tullantı” Forumuna qatılacaqlar

Baş səhifə

Bakı. Trend:

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya
komitəsinin sədri Sadiq Qurbanov və deputat Kamal Cəfərov oktyabrın
12-dən 18-dək Türkiyədə səfərdə olacaqlar.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsindən məlumat verilib.




Bildirilib ki, millət vəkilləri səfər çərçivəsində Ankara və
İstanbul şəhərlərində Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi
Nazirliyində və “Sıfır Tullantı” Fondunda ikitərəfli görüşlər
keçirəcəklər, həmçinin “Sıfır Tullantı” Forumunun işinə
qatılacaqlar.