
Bakı. Trend:
Fintex sahəsində beynəlxalq trendləri öz sistemimizə daxil
etməliyik. Burada ən böyük yük qanunvericilik bazasının
təkmilləşdirilməsi üzərinə düşür.
Trend xəbər
verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri
Zakir Nuriyev “Baku Fintech Forum 2025” tədbirində bildirib.
O nümunə olaraq qeyd edib ki, elektron pul təşkilatları
tərəfindən pul vəsaitlərinin 1-dən çox sayda banklarda saxlanılması
tələbi mövcuddur: “Eyni zamanda maliyyə sektorunun digər
iştirakçılarına qarşı belə bir tələb var. Xüsusən sığorta
şirkətlərinin öz vəsaitlərini müxtəlif banklarda saxlamaq kimi
tələb var. Qarşıdakı dövr üçün belə bir tələbin fintexə də
gətirilməsi mühüm əhəmiyyət daşıya bilər”.
Z. Nuriyev vurğulayıb ki, bu yanaşma ödəniş xidmət
istifadəçilərinin pul vəsaitlərinin təhlükəsizliyini daha da
möhkəmləndirməklə elektron pul təşkilatlarının dayanıqlığının
artırılmasına imkan verər: “Hesab edirik ki, maliyyə
inkulizivliyinin inkişafı, maliyyə yanaşmasının daha effektiv
formada tətbiq baxımından fintexlərin əlavə fəaliyyət istiqamətləri
qanunvericilik əsasda genişləndirilməlidir”.

