Aİ Rusiyanın dondurulmuş aktivlərini müddətsiz bloklayıb

Baş səhifə
Aİ Rusiyanın dondurulmuş aktivlərini müddətsiz bloklayıb

Avropa İttifaqı (Aİ) Şurası Rusiyanın dondurulmuş aktivlərinin müddətsiz bloklanması barədə qərar qəbul edib.

“Report” xəbər verir ki, bu barədə Danimarkanın Aİ Şurasına Sədrliyinin bəyanatında deyilir.

“Aİ Şurası Rusiyanın aktivlərinin müddətsiz bloklanmasını təsdiqləyib”, – bəyanatda deyilir.

“Reuters” qeyd edib ki, Avropa İttifaqı bununla da Ukraynaya yardım məqsədilə həmin vəsaitlərin istifadəsinə ən ciddi maneəni aradan qaldırıb.